RUHU DA İNCİMƏMƏK
RUHUNA YATMAQ
OBASTAN VİKİ
Kiyevin ruhu
Kiyevin kabusu (ukr. Привид Києва) — 24 fevral 2022-ci ildə Kiyev döyüşlərində Rusiyaya məxsus 6 döyüş təyyarəsini vuran ukraynalı hərbi pilota verilən ləqəb. Bu, böyük ehtimalla bir şəhər əfsanəsidir.MiQ-29 pilotu olan Kiyevin xəyaləti Rusiyanın Ukraynaya hücumunun ilk 30 saatında Kiyev üzərində 2 Su-35. 2 Su-25, 1 Su-27 və 1 MiQ-29 təyyarəsini vurmuşdur. Ukrayna Müdafiə Nazirliyi bildirmişdir ki, əgər bu hərbi pilot haqqında deyilənlər təsdiqlənsə, Kiyevin xəyaləti işğalda Ukrayna Silahlı Qüvvələrinin sıralarına vuruşan ən təcrübəli hərbi pilotlarından biri ola bilər. Ukraynanın eks-prezidenti Petro Poroşenko sonradan bir hərbi pilotun fotosunu paylaşaraq onun gerçək bir şəxsiyyət olduğunu qeyd etmişdir.
Zamanın ruhu
Zeytgeyst (alm. "zeitgeist" — zamanın və ya dövrün ruhu) — müəyyən dövrə məxsus düşüncə tərzini müəyyən edən və standartlaşdıran intellektual moda və ya hegemon düşüncə ənənəsidir. Məsələn, 20-ci əsrin arxitekturasına və digər incəsənət sahələrinə modernizm ideyaları mühüm təsir göstərmişdir. Zeytgeyst termini filosof Hegelin adı ilə əlaqələndirsələr də, o heç vaxt bu termindən istifadə etməmişdir. O tarix üzrə mühazirələrində Geist seiner Zeit (öz dövrünün ruhu) ifadəsini işlətmişdir. O yazırdı ki, heç kim öz dövründən irəliyə düşünə bilməz, çünki həmin dövrün ruhu elə insanın ruhudur. Bu cür ideyaları Qerder, Spenser və Volter kimi filosoflar da səsləndirmişlər.
Türkmənbaşı Ruhu məscidi
Türkmənbaşı Ruhu məscidi (türkm. Türkmenbaşy Ruhy Metjidi) — Qıpçaqda yerləşən məscid. Türkmənistanın əsas, Mərkəzi Asiyada ən böyük və dünyanın ən böyük günbəzli məscididir. Təsisçisi və Türkmənistanın ilk prezidenti - Saparmurat Türkmənbaşının şərəfinə adlandırılmışdır. Məscid rəsmən 2004-cü ildə açılmışdır.
Zeytgeyst (zamanın ruhu)
Zəfər ruhu (film, 1989)
Zəfər ruhu (ing. Triumph of the Spirit) — 1989-cu ildə çəkilən ABŞ filmi. Rejissoru Robert Milyon Yanqdır. Baş rolları Uillem Defo və Edvard Ceyms Olmos bölüşmüşdür. Ssenarisi əsl həyatda baş verən hadisələrə əsasən hazırlanıb. Filmin böyük hissəsində hadisələr Holokost zamanı Auşvitz həbs düşərgəsində cərəyan edir. Filmdə yəhudi-yunan boksçu Salamo Aruxun SS həbsxana gözətçilərinin əyləncəsi üçün məcburiyyət qarşısında digərləri ilə vuruşmasından danışılır. “Zəfər ruhu” filminə qədər heç bir filmin böyük hissəsi Auşvitz həbs düşərgəsində çəkilməmişdir. Kostas Mendilorun ilk çəkildiyi filmdir. == Süjet == Saloniki, Yunanıstanda işləyən liman fəhləsi Salamo Aruxun boksa dərin marağı var idi.
Protestant etikası və kapitalizm ruhu
"Protestant etikası və kapitalizm ruhu" (alm. Die protestantische Ethik und der «Geist» des Kapitalismus‎)) — alman sosioloqu və iqtisadçısı Maks Veberin 1905-ci ildə yazdığı əsərdir. == Məzmunu == Əsərdə kapitalist sisteminin yaranması Reformasiya hərəkatı ilə, xristianlıqda Protestantizmin meydana gəlməsi və onun əmək və sahibkarlığa dair məxsusi münasibəti ilə əlaqələndirilir. Alman iqtisadçının fikrincə protestant dini-etik kompleksi zəhmətkeşlik, ehtiyatlılıq və qənaətcillik və ümumilikdə rasional iqtisadi təfəkkürün formalaşmasını təmin etmişdir. Maks Veber kapital sahibləri və sahibkarlar arasında protestantların mütləq çoxluq təşkil etdiini qeyd etmişdir. Kitab 2 hissədən və 5 başlıqdan ibarətdir: Problemin qoyuluşu (3 başlıqdan ibarət ilkin iradlar); Asketik protestantlığın peşəkar etikası (2 başlıq). == Tənqid == Polşalı iqtisadçı-tarixçi Henrik Qrossman Veberin əsərini iki cəhət üzrə tənqid etmişdir. Birincisi, Qrossman Marksın əsərlərinə istinadən, İngiltərədə icma torpaqlarının zəbt edilməsi ilə bağlı sərt hüquqi kriteriyaları qeyd edirdi. İkinci isə Qrossman həmin "qanlı qanunlar"ın bütün Avropada, xüsusilə də Fransada tətbiq edildiyini yazırdı. Qrossmanin fikrincə, onlar işsizliyi qanunsuz olan etmişdirlər və onlar tərəfindən yaradılmış müəssisələr xalqı təhkimlilikdən xilas edərək azad işçi qüvvəsinə çevirdi.
да́кнуть испепели́ть натоми́ть нио́бий пласти́ночка шакалёнок шталме́йстерский эпилепто́лог глаза на мо́кром месте креве́точный мажо́рно отверза́ть побе́лка прощёный соло́менный вдовец метуза bagwork cult mincer skytrooper sweep out typo zebu входить добрать